Məcidov britaniyalı rəqibini nokauta saldı

22:40 07-12-2019 447

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci görüşündə qələbə qazanıb.  

HerGun.Az-ın xəbərinə görə, həvəskar boks üzrə üçqat dünya çempionumuz Səudiyyə Ərəbistanında keçirilən görüşdə britaniyalı Tom Litlı məğlub edib.  

Səkkiz raundluq görüşün ikinci raundunda rəqibini əvvəlcə nokdauna salan Məcidov daha sonra ona nokautla qalib gəlib.  

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl amerikalı Ed Fauntini məğlub edib peşəkar boksda debüt etmişdi.  

Səbuhi Musayev