Qaradağda “Şaqman” minik maşını ilə toqquşdu: Yaralı var

00:40 08-12-2019 360

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report” xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb. 

Belə ki, “Şaqman” markalı yük avtomobili ilə digər nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakini Bünyadov Xəyal Nizami oğlu ağır bədən xəsarətləri alıb. 

Yaralı dərhal təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona, döş qəfəsinin küt travması və bədənin müxtəlif dərəcəli travmaları diaqnozu qoyulub.  

Qəzanın təfərrüatı DYP əməkdaşları tərəfindən araşdırılır.