Bakıda qonşular torpaq üstündə dalaşıb, xəsarət alan var

01:00 17-12-2019 557

Sabunçu rayonunda qonşular arasında dava baş verib.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, Samir Əliyev küçəsində yaşayan qonşular arasında mübahisə yaranıb. Əlbəyaxa davaya çevrilən mübahisə nəticəsində 1971-ci il təvəllüdlü Adıgözəlova Gülarə Məmmədəli qızı döyülərək xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qonşular arasında dava torpaq məsələsinə görə baş verib.

Hadisənin təfərrüatı Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu