Sabunçuda 23 yaşlı gənci bıçaqladılar

00:00 18-12-2019 723

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə “Şəhər şossesi”ndə qeydə alınıb.  

1996-ci il təvəllüdlü Xəlilov Ravim Dəmir oğlu naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb.  

Bıçaq xəsarəti onun ayaq damarını kəsib. Yaralı xəstəxanaya çatdırılıb.  

Ona ətrafların çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu