Saatlıda mağaza oğrusu saxlanılıb

19:00 18-12-2019 101

Saatlıda mağazadan oğurluq edən şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, dekabrın 16-da Saatlı rayonu Qazanbatan kənd sakini Rəhim Hüseynov Saatlı RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 2000 manat olan tütün məmulatlarının, ərzaq məhsullarının, telefon danışıq kartlarının , 200 manat nağd pulun və ov silahının oğurlandığı barədə məlumat verib.

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şirinbəy kənd sakini, əvvəllər məhkum olunmuş Aynur Mövsümov saxlanılıb. Dindirilmə zamanı A.Mövsümov əməlini etiraf edib.

Faktla bağlı olaraq Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.