Dünyanın ən yaraşıqlı kişisi olan azərbaycanlı: Fəaliyyətimi aktyor kimi davam etdirəcəm - FOTO

17:00 20-12-2019 674

Türkiyənin İstanbul şəhərində keçirilən “Best Model of the World” gözəllik və model yarışmasında ölkəmizə qalibiyyət gətirən Nuru Əhmədov, “Best Asia” tituluna layiq görülən Nigar Həsənzadə ilə yarışmanın milli və beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə media əhli ilə görüşüb, onların suallarını cavablandırdılar.

HerGun.Az xəbər verir ki, məşhur müsabiqədə birinci olan Nuru Əhmədov bundan sonra fəaliyyətini model kimi deyil, aktyor kimi davam etdirəcəyini bildirib:

“Yarışmada qalib gəldiyimə görə çox sevincliyəm. Müsabiqədən sonra çoxlu təkliflər aldım. Bundan sonra fəaliyyətimi model kimi yox, Türkiyədə aktyor kimi davam etdirmək istəyirəm”. 

Nigar Həsənzadə isə fəaliyyətini model kimi xaricdə deyil, məhz Azərbaycanda davam etdirəcəyini dilə gətirdi.

Qeyd edək ki, Nuru Əhmədov “Best Model of Azərbaycan-2019” və “Mister Grand Azerbaijan-2018” milli model müsabiqələrinin qalibi olub. Nurunun 188 sm boyu var.

Rəşad Əliyev