Fərasətli sürücü qadının intiharının qarşısını belə aldı – FOTO

11:20 21-12-2019 529

Özünü atmaq istəyən qadının intiharının qarşısını almaq üçün sürücü yük maşınını körpünün altında saxlayıb.

Bu barədə “Mirror” xəbər verib.

Hadisə Dublin yaxınlığında qeydə alınıb. Bununla bağlı “Facebook”da yayımlanan fotolardan görünür ki, naməlum qadın şəhərlərarası yolun üzərindəki körpünün üzərinə çıxıb. Fərasətli TIR sürücüsü isə onun özünü ata biləcəyini düşünərək, yük maşınını körpünün altında saxlayıb.

Qeyd edək ki, baş verənlər həmin vaxt yolda olan şahidlər tərəfindən çəkilib. 

Sosial şəbəkə istifadəçiləri naməlum sürücünü artıq qəhrəman elan ediblər.