Meyxanaçı Samirə efirdə əsəbiləşdi: Miri Yusif 6500 manata toya gedir - VİDEO

14:20 22-12-2019 1028

Xalq artisti Miri Yusifə zəng vurdum. Onu yarım saatlıq məclisə dəvət etmək istəyirdilər. Məndən məclisin keçiriləcəyi obyektin ünvanını soruşdular. Dedim ki, nə fərqi var? O isə cavabında mənə dedi: “Fərqi çoxdur. Onun qonşuluğunda olan obyektə biz getmirik. Yarım saata 6500 manata gedirəm”.

HerGun.Az xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində məşhur meyxanaçı Samirə Yusifqızı deyib. O, Miri Yusifi təkəbbürlü olmaqda ittiham edib:

“Miri Yusif dedi ki, biz aşağı səviyyəli restoranlara getmirik. Heç kim heç kimdən nə aşağı, nə də ki yuxarı deyil. Hərə öz sahəsinin mütəxəssisidir. Bəlkə də bu verilişdə iştirak edən qardaş aşpazımıza elə aşpazlar var, həsəd aparırlar. İndi o deməlidir ki, mən məşhur aşpazam,  Rövşanə xanımın (red: verilişin aparıcısı) verilişində olmuşam, gedib hansısa müəssisə və ya idarədə işləməyəcəyəm? Bu, doğru deyil”.

Qeyd edək ki, bu yaxınlarda Xalq artisti fəxri adına layiq görülən Miri Yusif ölkəmizin say-seçmə müğənnilərindəndir ki, yalnız bahalı və dəbdəbəli el şənliklərində iştirak edir. O, toylarda əsasən həmkarı Xalq artisti Röya Ayxanla birlikdə çıxış edir.

Rəşad Əliyev