Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək

14:20 24-12-2019 1288

Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində körpünün açılışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni yol Şimal-Cənub yükdaşımalarının vaxtını iki dəfəyədək azaldacaq:

“Analoji avtomagistral artıq istifadəyə verilib və tezliklə yeni magistral da işə salınacaq. Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir”.

Ş.Mustafayev əlavə edib ki, yeni körpü Azərbaycanda turizmə də təkan verəcək:

“Bu ilin 10 ayı ərzində Azərbaycana Rusiyadan 900 mindən çox turist səfər edib. Onlardan 70% yerüstü nəqliyyatdan istifadə edib”.