Bakıda qohumları ilə mübahisə edən kişi bıçaqlanıb

01:00 25-12-2019 616

Yasamal rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.

Hadisə “Kaktus” restoranının yaxınlığında baş verib. 1978-ci il təvəllüdlü Xankişiyev Vüqar Əlibxan oğlu qohumları ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılır.

Kamil Əmirli