Kavani Parisi Madridə dəyişdi: 36 milyon avro qazanacaq

14:00 26-12-2019 432

Fransanın PSJ klubunun və Uruqvay millisinin hücumçusu Edinson Kavani karyerasına Madrid “Atletiko”sunda davam edəcək.

“La Gazzetta dello Sport”un məlumatına görə, futbolçu artıq klub nümayəndələri ilə görüşüb və müvafiq razılıq əldə olunub.

Nəşr müqavilənin detallarını da yayımlayıb. Belə ki, üç illik müqaviləyə əsasən, Kavani Madriddə bonuslar hesablanmadan 36 milyon avro qazanacaq.

Cari mövsümdə 32 yaşlı forvard Fransa çempionatında səkkiz qarşılaşmada meydana çıxıb və rəqib qapılarından iki top keçirib.