Manaf Ağayev: Məndən ötrü özünü “lezvalayanlar” olub - VİDEO

15:40 26-12-2019 636

Manaf Ağayevin özü brenddir. Sonradan verilən adlar vacib deyil. Bundan sonra “Toylar kralı” adı ilə çağırılmağımı istəmirəm.

HerGun.Az xəbər verir ki, bunu müğənni Manaf Ağayev ARB TV-də yayımlanan “Show news” proqramına açıqlamasında deyib.

“Adımla fəxr edirəm. Təqdim edildiyim zaman hər kəsin gözünün içinə dik baxıram. Sənəti olmayıb sənətdən danışmaq bədbəxtlikdir. Onlar yazıq adamdır. Yaxşı oxusam da, bunu demirəm. Sadə insan olduğumu deyirəm. Heç vaxt sənətimdən danışmamışam. Ona görə də məni sevirlər. Toydan qovulan müğənnilər də az deyil.

Elə insanlar var ki, məndən ötrü özlərini “lezvalayıb”. Bəziləri də məni toylarına dəvət etməyəcəklərini deyirlər. Əgər insanların yarısı məni sevirsə, xoşbəxtəm. Çünki bir çoxunu heç sevməyənlər var. Bilirəm ki, öz zonam olan Qarabağ bölgəsi məndən ötrü ölür”, - deyə müğənni bildirib.

Sevinc Yasinqızı