Şahin Diniyev: Kirayə pulunu vaxtında verirdilər deyə, onlardan şübhələnməmişdim

18:40 26-12-2019 511

Bəli, kirayə verdiyim mənzilin əşyaları icazəm olmadan satılıb.

Bu barədə HerGun.Az-a AFFA Məşqçilər Komitəsinin üzvü, millimizin sabiq baş məşqçisi Şahin Diniyev bildirib. Onun Bakıxanov qəsəbəsində kirayəyə verdiyi mənzilin əşyaları kirayə qalan qadın və onun tanışı tərəfindən elan saytına yerləşdirilərək satılıb. Həmin iki insan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

“Hazırda onlar barəsində istintaq gedir. Təxminən 15 gündür ki, tutulublar. Mənə qohum deyillər, tamam başqa, kənar adama kirayəyə vermişdim. Pulu vaxtı-vaxtında verirdilər deyə, şübhələndiyim bir məqam yox idi. Sadəcə olaraq, bu hadisə bir neçə günün içərisində olub”.

Səbuhi Musayev