Ən yaxşı afrikalı futbolçu adına namizədlər açıqlandı

19:00 27-12-2019 438

Afrika Futbol Konfederasiyası “2019-cu ilin ən yaxşı afrikalı futbolçusu” mükafatına namizədlərin adlarını açıqlayıb.

“Hürriyyet” xəbər verir ki, qurum “ən yaxşı afrikalı adı” uğrunda mübarizədə Məhəmməd Salah Sadio Mane və Riyad Mahrezi namizəd göstərib.

Mükafatlandırma mərasimi 2020-ci il yanvarın yeddisində keçiriləcək.

Qeyd edək ki, ilk dəfə 1992-ci ildə təqdim olunan mükafatı bu günə qədər 17 fərqli futbolçu qazanıb.

Bu mükafatı ən çox qazanan futbolçular Samuel Eto (dörd dəfə) və Yaya Ture (dörd dəfə) olub.

Ötən il mükafata “Liverpul”un futbolçusu Məhəmməd Salah layiq görülüb.