Yeni ilə yeni imiclə: Ronaldu “hörük” saxladı – FOTO

03:40 30-12-2019 451

“Yuventus” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu zahiri görünüşünü dəyişib.

“Sky Sport” xəbər verir ki, futbolçu “Globe Soccer Awards” mükafatının təqdimatına yeni saç düzümü ilə gəlib.

Belə ki, Ronaldu saç düzümündə dəyişiklik edərək hörük saxlayıb.

Daha əvvəl Ronaldunun ən zəngin ulduzların siyahısında birinci yeri tutduğu məlum olub. 2019-cu il ərzində o 38,2 milyon funt sterlinq (72,5 milyon manat) qazanıb.