London derbisi: “Çelsi” “Arsenalı” məğlub etdi – VİDEO

06:40 30-12-2019 522

İngiltərə Premyer Liqasının XX turunda “Arsenal” öz meydanında “Çelsi”ni qəbul edib.

HerGun.Az xəbər verir ki, London derbisi qonaqların 2:1 üstünlüyü ilə başa çatıb.

Oyunda ilk qolu 13-cü dəqiqədə “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq vurub.

Matçın sonunda “Çelsi” dörd dəqiqə ərzində iki top vuraraq qələbə qazanıb. “Zadəganlar”ın heyətində Jorjinyo və Abraham fərqləniblər.

“Çelsi” 35 xalla turnir cədvəlinin dördüncü yerində qərarlaşıb. “Arsenal” 24 xalla 12-cidir.