Aquero: “Liverpul”a çatmaq çətindir

14:00 30-12-2019 611

“Mançester Siti”nin hücumçusu Serxio Aquero komandasının turnir cədvəlində “Liverpul”a çatmaq şanslarından danışıb.

“Reuters”in məlumatına görə, Aquero hazırda bu tapşırığın olduqca çətin olduğunu qeyd edib.

“Klub öz qələbələrinə köklənməlidir, çünki gələcək mövsüm Çempionlar Liqasında oynamalıdır. Mütləq yaxşı oyun göstərməliyik, sonra isə biz də necə alınacağına baxarıq”, - Aquero bildirib.

Qeyd edək ki, 20 turdan sonra “Mançester Siti” turnir cədvəlində 41 xalla üçüncü yeri tutur. 55 xalı olan “Liverpul” ilk pillənin sahibidir və ehtiyatda daha bir oyunu var.