Şəbnəmin uşaqları və əri “Həci” ilə paylaşdığı foto qalmaqala səbəb oldu - FOTO

12:40 31-12-2019 443

Müğənni Şəbnəm Tovuzlu ailəsi ilə birgə fotosunu yayımlayıb.

HerGun.Az xəbər verir ki, sənətçi “İnstagram” hesabında qızı, oğlu və həyat yoldaşı ilə birgə çəkdirdiyi şəkildə özündən başqa hamının üzünü “smaylik”lərlə bağlayıb. 

Digər şəkildə isə, müğənni həyat yoldaşı “Həci”ni bərk-bərk qucaqlayaraq, boynuna sarılıb. 

Şəbnəm yayımladığı fotoya “Yeni il bizlərə və sizlərə düşərli olsun. Allah sevdiklərimizi qorusun” sözlərini yazıb.

Şəbnəm Tovuzlu paylaşdığı fotolara görə tənqidlərin gələcəyini hiss edərək, cəld tərpənib, fotolarda şərh bölümünü bağlayıb. Müğənni bu yolla neqativ rəylərə çəpər çəkərək, özünü qoruyub.

Rəşad Əliyev