Mələk Heydərova 2019-cu ilin son günündə plastik əməliyyat etdirir - ÖZƏL

13:20 31-12-2019 479

Baku TV-də yayımlanan “Baku live” səhər şousunun aparıcısı və aktrisa Mələk Heydərova cərrah masasına uzanır.

HerGun.Az xəbər verir ki, Mələk gözəlliyinə əlavə gözəllik qatmaq üçün 2019-cu ilin son günündə yenidən əməliyyata gedib. Teleaparıcının redaksiyamızın əməkdaşına verdiyi məlumata görə, Heydərova  yenidən “rinoplastika” yəni, burun kiçiltmə əməliyyatı keçirəcək.

Plastik əməliyyata hazırlaşan Mələk palatadan fotolar çəkdirərək, addımını “Gözəllik qurban tələb edir. 2020-ci ilə daha gözəl görünüşlə” sözləri ilə şərh edib.

Qeyd edək ki, Mələk Heydərovanın bu ilk əməliyyatı deyil. Cazibədar teleaparıcı 7 ay öncə əməliyyat yolu ilə burnunu incəldib və kiçildib. Lakin istədiyi nəticəni əldə edə bilməyib. Məhz bu səbəbdən o yenidən bu addımı təkrarlamaq qərarına gəlib.

Rəşad Əliyev