FİFA ofsayd qaydalarını dəyişir

16:20 31-12-2019 445

FİFA ofsayd (oyundan kənar vəziyyət) qaydalarına ciddi dəyişiklik etməyi planlayır.

“The Times” nəşri yazır ki, ofsayd yalnız hücumçunun bütün bədəni müdafiəçidən irəlidə olduqda və onlar arasında aydın məsafə qeydə alındığı zaman tətbiq olunacaq.

FİFA yeni oyundan kənar qaydalar haqda islahatı təsdiq edərsə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası onu sınaqdan keçirib, ehtimal ki, qəbul edəcək.

Hazırkı ofsayd qaydaları 1990-cı ildə qəbul olunub.