Azərbaycanlı döyüşçü amerikalını məğlub edib bir milyon qazandı - VİDEO

15:00 01-01-2020 520

Qarışıq növlər üzrə döyüşçü, əslən azərbaycanlı olan Əli İsayev Nyu-Yorkda keçirilən Peşəkar Döyüş Liqası (PFL) turnirinin finalında ağır çəki dərəcəsində çempionluq mükafatını qazanıb.

Vesti.ru-nun məlumatına görə, o, həlledici döyüşdə amerikalı Cared Roşoltu məğlub edib.

İsayev dördüncü raundda texniki nokaut nəticəsində rəqibinə qalib gəlib. Döyüşçülərin bu görüşü onların təqdimatında beşinci imiş və hamısında İsayev qalib olub.

Çempionluq kəmərindən əlavə İsayev bir milyon dollar da qazanıb.