Üç ildən az yaşadığı evi satan şəxslərə güzəşt olunurmu?

17:00 01-01-2020 571

Üç ildən az müddətdə qeydiyyatda olduğu evi satan fiziki şəxslərə vergi güzəşti tətbiq ediləcək.

HerGun.Az xəbər verir ki, bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb. 

Dəyişikliklər bu gündən etibarən qüvvəyə minir.

Dəyişikliyə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin, bu şəxslərin yaşayış sahəsində yaşayış yeri üzrən qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azaddır. 

Buna əsasən, üç ildən az müddətdə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla, qalan sahənin hər kvadratmetrinə görə sadələşdirilmiş vergi hesablanır və satıcıdan tutulur.

Könül Cəfərli