Rəqibin taktikasını ələ keçirmək istəyən Mourinyu cəzalandırıldı

22:40 01-01-2020 582

Londonun “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyu İngiltərə Premyer Liqasının 21-ci turunda “Sauthempton”a qarşı oyunda sarı kart alıb.

İkinci hissənin gedişatında məlum olub ki, Mourinyu rəqibin texniki zonasına keçib və ev sahiblərinin baş məşqçisinin qeyd dəftərinə baxıb.

Bunu görən oyunun baş hakimi portuqaliyalı mütəxəssisi cəzalandırıb.

Qeyd edək ki, oyun 1-0 ev sahiblərinin qələbəsi ilə bitib.