Məşhur cütlük reklamdan bir milyon qazanacaq - FOTO

17:00 03-01-2020 567

Türkiyəli aktyorlar Sedef Avcı və Kıvanç Kasabalı məşhur mebel brendlərindən birinin siması seçiliblər.

HerGun.Az xəbər verir ki, 15 ildir evli olan cütlüyün reklamdan 1,5 milyon lirə (təxminən 427 min manat) aldığı bildirilir.

Məşhur cütlük 2020-ci il boyunca ekranlarda nümayiş olunacaq reklam çəkilişlərini tamamlayıblar.

“Yeni ili səbirsizliklə gözləyirlər. Görəsən, nəyə təəccüblənirlər? Tezliklə biləcəksiniz, gözləyin!”, - Sedef Avci sosial media hesabında yazıb.

Qeyd edək ki, Kıvanç və Sedef cütlüyünün altı yaşlı Can adlı oğlu var.

Sevinc Yasinqızı