Fahriye Evcen yeni görüntüsü ilə şok etdi - FOTO

17:20 03-01-2020 617

Türkiyənin dünyaca məşhur aktrisası Fahriye Evcen doğuşdan sonra yaranmış artıq çəkilərdən xilas ola bilib.

Aktrisa ana olduqdan sonra artıq çəkiyə görə tənqid olunurdu.

O, səkkiz ay ərzində xüsusi dieta ilə əvvəlki vəziyyətinə qayıdıb. Evindən paylaşdığı foto ilə arıqladığını göstərib.  

On iki kilo çəki atan aktrisa oğluna süd verdiyi üçün təhlükəli dietalardan istifadə etməyib. Aktrisa yalnız sağlam qidalanmaqla, hər gün iki litr su içməklə və idman sayəsində əvvəlki vəziyyətinə qayıda bildiyini açıqlayıb.

Xatırladaq ki, aktrisa oğlunun şəklini ilk dəfə sosial şəbəkədə paylaşdıqdan sonra xarici oyuncaq firmasından Karanın reklamda çəkilməsi üçün bir milyon lirəlik (təxminən 287 min AZN) təklif gəlib. Amma Burak Özçivit və Fahriye Evcen cütlüyü təklifdən imtina edib.

Qeyd edək ki,  Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib. 2019-cu ilin aprel ayında isə oğulları Karan dünyaya gəlib.

Sevinc Yasinqızı