İlqarə fərqli görünüşlə geri qayıtdı - VİDEO

01:00 04-01-2020 635

Ölkənin əsas ulduzu, Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova sosial media hesabında paylaşımı ilə gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, efirlərdən yan qaçan, çoxdandır göz önünə çıxmayan, şou aləmdən ilim-ilim itən İlqarə kamera önünə keçərək, cazibədar pozalar verib, etdirdiyi fotosessiyasının kadrarxası məqamlarını “Instagram” hesabında yayımlayıb.

Məşhur üzərinə qlamur tərzdə gecə libası geyinib. Dəbdəbəli görünüşü ilə gözqamaşdıran İlqarə Kazımovanın həddən artıq arıqlaması isə izləyicilərini mat qoyub. Bir iynəyə sap olan ifaçını görənlər təəccübünü yazdıqları rəylərlə bürüzə veriblər. Onlar İlqarənin yeni imicini bəyəndiklərini və hər zaman baxımlı olduğunu dilə gətiriblər.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova uzun müddət Moskvada yaşayıb. Bakıya tez-tez gələn ifaçı artıq uzun müddətdir ki şou aləmdən geri çəkilib.

Rəşad Əliyev