Millimiz yeni ilin ilk təlim-məşq toplanışına start verib

01:20 05-01-2020 496

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.  

Azərbaycan Boks Federasiyasından HerGun.Az-a verilən məlumata görə, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib. 

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək və yanvarın 12-də başa çatacaq.  

Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək. 

Toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.