Bu gün Şanxayda qadınlar arasında şahmat üzrə dünya çempionu adına matç başlayır

04:00 05-01-2020 511

Yanvarın 5-də Şanxayda qadınlar arasında şahmat üzrə dünya çempionu adına matç başlayır.

TASS xəbər verir ki, şahmat tacı uğrunda hazırkı çempion çinli Tzuy Ventzün və rusiyalı Aleksandra Qoryaçkina mübarizə aparacaqlar.

Matçın ilk hissəsi 5-12 yanvar tarixlərində Şanxayda, ikinci hissəsi isə 16-24 yanvarda Vladivostokda keçiriləçək.

FİDE matçın uduş fondunu qaldıraraq 500 min avroya çatdırıb.

Tzuy Ventzün 2018-ci ildə həmyerlisi Tan Cunyini məğlub edərək dünya çempionu adına layiq görülüb. Rusiyanın qadın şahmatçıları isə 2008-ci ildən şahmat tacına yiyələnə bilmir.