“Real” səfərdə “Xetafe”ni məğlub etdi və “Barselona”ya çatdı – VİDEO

06:40 05-01-2020 507

İspaniya La Liqasının XIX turunda “Real Madrid” səfərdə “Xetafe”ni məğlub edib.

HerGun.Az xəbər verir ki, oyun 0:3 hesabı ilə başa çatıb.

Oyunda ilk topu öz qapısına təsadüfən “Xetafe”nin qapıçısı Soria vurub (34 dəq). Qonaqların heyətində Varan (53) və Modriç (90+6) fərqləniblər.

“Real” 40 xal yığaraq turnir cədvəlində kataloniya derbisində uğur əldə edə bilməyən (2:2) “Barselona”ya çatıb.