“X-Men” dünyasında vahimə: “Yeni mutantlar” filminin treyleri yayımlandı – VİDEO

06:00 07-01-2020 565

“X-Men” super qəhrəmanlar dünyasında yeni film ərsiyə gəlib.

“20th Century Fox” kino şirkəti “Yeni mutantlar” vahiməli filminin treylerini nümayiş edib.

Filmin süjetinə əsasən təhlükəli super gücə malik olan bir qrup yeniyetmə xüsusi xəstəxanaya yerləşdirilir və burada onlarla qəribə olaylar baş verir.

Baş rollarda gənc aktyorlar – Meysi Uilyams, Anua Teylor-Coy, Çarli Hilton və Henri Zaqa çəkiliblər.

Film bu ilin aprelində ekranlara çıxacaq.