Ata uşağını döydü, anası çəkib “Facebook”da yayımladı - VİDEO

01:40 08-01-2020 576

Ukraynalı deputatın oğlunun azyaşlı uşağını döyməsi öz ölkəsində böyük müzakirələrə səbəb olub. Maraqlıdır ki, hadisənin kadrlarını uşağın anası özünün “Facebook” səhifəsində paylaşıb.

Bu barədə xəbəri Lenta.ru yayımlayıb.

Kadrlarda döyülən uşağın yalvarış səsinə baxmayaraq, atanın döyməyə davam etməsi və bu zaman da “Ağzını yum! Ağzını yum...” deyərək söyməsi görünür.

Bildirilir ki, kişi Ukraynada Dnepropetrovsk Regional Şurasının “Müxalifət Bloku”ndan olan deputatın oğlu Viktor Yarovoydur. 

Uşağın anası Aleksandra Yarovaya bu anları videoya çəkməyin onun üçün iyrənc hal olduğunu bildirib: “İnsanlar dəyişmir. Oğlumdan üzr istəmişəm artıq. Ümid edirəm ki, məni bağışlayar. Atası Yeni il münasibəti ilə oğlunun yanına gəlmişdi”.

Yarovaya son zamanlar əri ilə birlikdə yaşamadığını - davamlı döyülməsi səbəbindən onu tərk etdiyini deyib. Qadın əvvəllər ərinin yalnız ona əl qaldırdığını, ancaq atası ilə danışmaqdan imtina etdikdən sonra oğlunu da döyməyə başladığını vurğulayıb.