Geyimləri ilə “Qızıl qlobus-2020”də biabır olan Hollivud ulduzları - FOTO

23:40 08-01-2020 575

Dünyaca məşhur, nüfüzlu mükafatlandırılmalardan biri sayılan “Qızıl qlobus-2020” sona çatsa da, onun ətrafında söz-söhbətlər və müzakirələr bitmir.

Məşhurlar qırmızı xalıda, eləcə də gecədə par-par parıldayıb bərq vurmaq üçün əllərindən gələni əsirgəməmişdilər.

Heç kimə sirr deyil ki, bu kimi mötəbər tədbirlərdə geyimi ilə göz qamaşdıranlar da olur, zövqsüzlüyü ilə gülüş obyektinə çevrilənlər də.

HerGun.Az “Qızıl qlobus-2020”də zövqdən və dəbdən geri qalıb, libasları ilə məyusluğa düçar olan məşhurların geyimlərini təqdim edir.

Geyimi və tərzi ilə hər zaman seçilən 50 yaşlı dünya şöhrətli müğənni Cennifer Lopezin “Qızıl qlobus-2020”yə geyindiyi libas onu zövqsüz ulduzların sırasına qatıb.

Belə ki, “Valentino” markasından geyinən pop divanın əlbisəsi həm pərəstişkarlarını, həm də dəb tənqidçilərini yaman qəzəbləndirib.

Onlar Lopezin libasının üzərində parıldayıb, gözə girən nəhəng bantı lağ obyektinə çevirərək, məsxərəyə qoyublar.

Gecənin zövqsüzləri sırasına, həmçinin, dünyaca məşhur Hollivud aktrisaları Keyt Blanşet, Qvinnet Peltrou və Salma Hayek də daxil olub. Hər üç aktrisanın geyim tərzi nüfuzlu mükafatlandırma gecəsinə uyğun olmayıb.

Rəşad Əliyev