Dünyada ilk selfi muzeyi Dubayda açıldı – FOTO

08:00 09-01-2020 467

Dubayda “Selfi krallığı” adlı muzey açılıb.

“Russianemirates.com” xəbər verir ki, müzeydə selfi etmək üçün nəzərdə tutulmuş müxtəlif fonlu 15 otaq mövcuddur.

Muzeyin məqsədi kreativin, yaradıcılığın, dizaynın və rəqəmsal kontentin inkişafını dəstəkləməkdir.   

Məkan tanınmış rəssamların və dizaynerlərin sərgiləri üçün də nəzərdə tutulub.

Muzeyə giriş 55 dirhəmdi (25 manat), uşaqlar üçün – 45 dirhəmdi (20 manat).