Hərbi hissədə bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıldı

14:27 06-07-2019 719

Hərbi hissədə bədbəxt hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu gün baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gediblər.

Fakt üzrə Hərbi Prokurorluqda cinayət işi başlanılaraq, hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək, onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə,qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.