Ən təhlükəli dieta bəlli oldu

03:20 11-01-2020 434

Alimlər ketogen dietanı insan sağlamlığı üçün ən təhlükəli pəhriz adlandırıblar.

Bu barədə “Komsomolskaya pravda” yazır.

Mütəxəssislərin sözlərinə əsasən, bu dieta xərçəng və diabet də daxil olmaqla, müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Ketodieta tərkibində yüksək miqdarda yağ və  az miqdarda karbohidrat olan məhsulların istifadəsini nəzərdə tutur.

Beləliklə, orqanizm qlükozadan məhrum olur və öz yığılmış yağını əritməyə başlayır. Yağlar, həmçinin keton cisimlərinə çevrilirlər ki, beyin də onları qlükoza əvəzinə enerji mənbəyi kimi istifadə edir.

Alimlər qeyd edirlər ki, ketodieta bədəndə ağrılar, gücün düşməyi və koqnitiv bacarıqların azalmasına səbəb ola bilər. 

Beynəlxalq mütəxəssislər ketodietanın ürək və damar üçün də təhlükəli olduğunu bildirirlər və vurğulayırlar ki, o, şəkərli diabetin yaranma riskini artırır.