Rusiya yığmasının futbolçusu Yeltsinin yetkinlik yaşına çatmamış nəvəsinə evlənmək təklifi etdi

08:20 15-01-2020 492

Moskvanın “Lokomotiv” klubunun və Rusiya yığmasının hücumçusu Fyodor Smolov Boris Yeltsinin nəvəsi 17 yaşlı Mariya Yumaşevaya evlənmək təklifi edib.

“7Dney” xəbər verir ki, 29 yaşlı futbolçu toy mərasimini qızın yetkinlik yaşına çatdıqdan dərhal sonra etmək fikrindədir.

2021-ci ildə planlaşdırılan toy Karib dənizində yerləşən Sent-Bart adasında keçiriləcək.

Qeyd edək ki, 2013-cü ildə model Viktoriya Lopıryova ilə ailə həyatı qurub, lakin iki ildən sonra cütlük ayrılıb.