Messi: “Ona qarşı oynamaq çətindir”

19:40 15-01-2020 469

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi futbol meydanında qarşılaşdığı ən çətin rəqibinin adını çəkib.

“Goal” idman dərgisi futbolçunun bu barədə fikirlərini dərc edib. L.Messi açıqlamasında bildirib:

“Bu Pablo Maffeodur. Ona qarşı oynamaq hər zaman çətin olub. Qayda pozuntuları barədə isə... Mən heç zaman şikayət etməmişəm. Mübarizə və zərbələr futbolun bir hissəsidir”.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü ispaniyalı müdafiəçi Pablo Maffeo hazırda “Jirona” klubunun formasını geyinir.