Demet Özdemirdən maraqlı addım - Sevgililəri ilə bağlı məlumatları “yox edir” - FOTO

01:40 16-01-2020 481

Türkiyəli məşhur aktrisa Demet Özdemir sevgililəri ilə özü barədə paylaşılan xəbərləri sildirmək üçün maraqlı addım atıb.

“Ennmagazinn” xəbər verir ki, aktrisa sevgililəri ilə bağlı çıxan xəbərləri sildirmək üçün dörd min dollar (23 bin 500 TL) ödəyəcək.

Can Yaman, Seçkin Özdemir, Kaan Yıldırım ve Oğuzhan Koç ilə adının hallanmasından narahat olan aktrisa bütün məlumatları sildirmək qərarına gəlib. Demet şəxsi həyatının işinin önünə keçməsinin qarşısını almaq üçün bu üsula baş vurub.

O, haqqında çıxan sevgi xəbərlərinin “Google” axtarış sistemində ən aşağı sıralara düşməsi və ya sildirmək üçün bu işi həyata keçirən şirkətlərlə görüşməyə başlayıb. Vəkili vasitəsi ilə görüşmələrə gedən aktrisa bunun üçün dörd min dollar ödəyəcək.

Qeyd edək ki, “Erkenci kuş” serialı ilə dünyada tanınan aktrisa həmkarları Seçkin Özdemir və Can Yamanla sevgili olub. Daha sonra aktyor Kaan Yıldırım və müğənni Oğuzhan Koç ilə birlikdə görüntülənib. Hətta bu münasibətlərin olmasını sübut etmək üçün mətbuatda bir çox fotolar yayılıb.

Sevinc Yasinqızı