Qadınlar küçədə kişini soyub, gözəllik salonuna getdilər

14:40 19-01-2020 416

Antalyada ikisi qadın olmaqla küçədə bir nəfərə hücum edib, 10 min lirə pulunu oğurlayan dörd nəfər polis tərəfindən tutulub.

DHA-nın məlumatına görə, şübhəlilərin iki gün həmin pulla kef çəkdiyi ortaya çıxıb.

Hadisə 15 yanvar günü Antalyanın Muratpaşa qəsəbəsində baş verib. Zonquldağda maldarlıqla məşğul olan Rza M. bəslədiyi qoyunları Antalyada 10 min lirəyə satıb. Öz evinə qayıdan vaxt o, mağazadan içki alıb. Bu vaxt gödəkçəsinin cibində pul dəstəsini görən Yasəmən B. vəziyyəti dostlarına danışır. Mağazadan  çıxan Rzanı izləyən dostlar küçədə onu soyublar.

Rza M. hadisədən şikayət edib. Polis iki gün sonra hadisəni törədənləri tutub.

Məlum olub ki, dördlük pulu bərabər hissələrə bölüb. Yasəmən B. oğurladıqları pulun bir hissəsi ilə gözəllik salonunda saçlarını rəngləyib. Digərləri isə pulu narkotik vasitələr almağa sərf ediblər.