Körpələr analarını oyatmaq istədilər, lakin artıq gec idi – FOTO

03:20 20-01-2020 505

Britaniyada baş verən ölüm hadisəsi eşidənləri məyus edib.

“The Mirror” xəbər verir ki, üç yaşlı Oliver və yaşyarımlıq Cek Talbot qardaşları yuxudan ayılmayan analarını oyatmağa çalışsalarda, cəhdləri boşa çıxıb.

Evə gələn babaları qızını və onu oyatmağa çalışan nəvələrini gördükdə təcili tibbi yardım çağırıb.

Həkimlər 30-yaşlı Daniyell Talbotun beyin qansızmasından öldüyünü təsbit ediblər.

Qeyd etmək lazımdır ki, Daniyell Talbota həkimlər vaxtı ilə uşaq sahibi olmayacağını bildirmişdilər.

Lakin həkimlərin sözlərindən fərqli olaraq, qadın dünyaya iki sağlam uşaq gətirməyə nail olmuşdu.