Türmədən çıxdı, yoldaşını və anasını qətlə yetirdi

05:20 20-01-2020 357

Türkiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi baş verib.

“Hürriyet” xəbər verir ki, yerli sakin Tahsin Yüksekova türmədən türmədən çıxdıqdan bir müddət sonra çiçəkçiliklə məşğul olan anası Zülfiye Yüksekova və yoldaşı Seyhan Yüksekovanı qətlə yetirib.

T.Yüksekova bu cinyaətdə atasını günahlandırır.

Cinayətkarın sözlərinə əsasən, bu əmələ onu atası təhrik edib.

“Davamlı olaraq anamı və yoldaşımı öldürməyimi tələb edirdi. Mən də atamın dediyini etməyə qərar verdim. Türmədən şərti azadlığıa buraxıldıqdan sonra atamın mənə verdiyi tapança ilə hər ikisini öldürdüm”, - deyə qatil etiraf edib.

Anasını və yoldaşını qətlə yetirdikdən sonra T.Yüksekova polisə təslim olub.

“Sonra onların öldüklərini öyrəndim. Çox peşmanam. Anamla problemim yox idi, onu çox sevirdim”, - deyə T.Yüksekova əlavə edib.