Əsrin ən yaxşı filmi bəlli oldu

05:00 21-01-2020 358

“Empire” jurnalı XXI-ci əsrin ən yaxşı fillərinin siyahısını dərc edib.

“Lenta.ru” xəbər verir ki, ilk yerə rejissor Corc Millerin 2015-ci ildə çəkdiyi “Dəli Maks: Qəzəb yolu” filmi layiq görülüb.

İkinci yerdə Piter Cekson tərəfindən 2001-ci ildə lentə alınan “Üzüklərin hökmdarı: üzük qardaşlığı” filmi qərarlaşıb.

Üçüncü yerin sahibi isə Kristofer Nolanın 2008-ci ildə çəkdiyi “Qara cəngavər” lenti olub.