Güləşərkən tapança atəş açdı: ata və oğul başlarından yaralandılar

05:40 21-01-2020 369

ABŞ-ın İndiana ştatında ata və oğul zaraftayana güləşərkən başlarından güllə yarası alıblar.

“Abc” telekanalı xəbər verir ki, dördyaşlı oğlu ilə güləşərkən, gözlənilmədən atanın belinə bağlanmış tapança atəş açıb.

Nəticədə ikisi də baş nahiyyələrindən yaralanıblar.

Atanın bəxti gətirib, çünki güllə onun dərisini sıyırıb keçib.

Başından güllə yarası alan uşağın vəziyyəti isə kritikdir.