Avropada bir avrodan satışa evlər çıxarılıb - FOTO

12:20 21-01-2020 468

İtaliyanın Bizaçça şəhərində evlər cəmi bir dollardan (1,70 AZN) bir az artıq qiymətə satışa çıxarılıb. Yeganə şərt isə şəhərə ailə ilə birlikdə köçməkdir.

Bu barədə CNN xəbər yayıb.

Bildirilir ki, hökumətin belə bir addım atmasında məqsədi Kampaniya bölgəsindəki bu italyan şəhərini məhv olmaqdan xilas etməkdir. Ümumilikdə 90 tarixi bina satışa çıxarılıb.

Belə evlərin alıcıları yeni əldə edilmiş əmlaklarını təmir etdirməyə borcludurlar.

Xatırladaq ki, ötən il İtaliyanın Siciliya adasındakı Bivona şəhərində evlər bir avroya satışa çıxarılmışdı.