Əmrah boşanır - VİDEO

16:00 23-01-2020 532

Türkiyəli məşhur müğənni və aktyor 49 yaşlı Əmrah Ərdoğan 39 yaşlı həyat yoldaşı Sibel Kirerdən boşanır.

HerGun.Az xəbər verir ki, cütlüyün ayrılması ilə bağlı bu gün “Müge və Gülşenle ikinci səhifə” maqazin proqramında süjet yayımlanıb.

Cütlüyün belə bir qərar verməsinə səbəb isə onlar arasında fikir ayrılıqlarının və anlaşılmazlığın olduğu göstərilib. Bununla yanaşı, ailədə yaşanan ardı-arası kəsilməyən mübahisələr Emrah ilə Sibelin boşanma qərarlarını daha da tezləşdirib.

Hüququ işlər başlanılmasa da, Sibelin boşanma ilə bağlı artıq vəkilinə müraciət etdiyi bildirilib. Aralarında yaşanan mübahisələrə və söz-söhbətlərə baxmayaraq, cütlük dostcasına boşanacaqlar.

Qeyd edək ki, Əmrah Ərdoğan Sibel Kirerle 2014-cü ilin iyun ayında “Beşiktaş”da dəbdəbəli və lüks hotellərin birində evlənib. Cütlüyün bu nikahdan Eleysa ve Elyesa adlı övladları var.

Rəşad Əliyev