Rəşad Süleymanov: Bizi işıqlı günlər gözləyir - FOTO

21:20 24-01-2020 458

51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov Qusar rayonu, Quxuroba kənd sakinləri ilə görüşüb.  

Bu barədə R.Süleymanov “Facebook” hesabında paylaşım edib.  

“Bu gün Qusar rayonu, Quxuroba kənd sakinləri ilə maraqlı bir görüş keçirdik. Görüşdə sakinlərin istək və təklifləri barədə müzakirələr apardıq. Ən aktual mövzulardan olan evlərin işıqlandırılma məsələsinə də toxunduq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlar nəticəsində Qusar rayonu və Quxuroba kəndinin işıqlandırılması ilə bağlı işlərin artıq başladığını və bu kimi işlərdə prosesin necə inkişaf etdiyini Quxuroba kəndinin dəyərli sakinlərinə bildirdim. Bizi qabaqda işıqlı günlər gözləyir!”, - deputatlığa namizəd yazıb.