Bakıda daha bir nəfər spirtli içkidən zəhərləndi

10:20 25-01-2020 376

Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən “Beer Point” kafesində bir litr “Tradisii Belarusii” markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti ağırdır.

Xətai RPİ-də araşdırma aparılır.

Məlumata görə, Ş.Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır.