Teleaparıcı Nurlana “Hər iki mən”ini təqdim etdi - FOTO/VİDEO

14:20 25-01-2020 600

Ötən axşam “Yarat” Müasir İncəsənət Mərkəzində məşhur teleaparıcı Nurlana Cəfərovanın “Hər iki mən” adlı şeirlər kitabının təqdimatı baş tutub.

HerGun.Az xəbər verir ki, gecədə Xalq artisti Faiq Sücəddinov, məşhur müğənnilər Eldar Qasımov, Sevda Yahyayeva, aktrisa Oksana Rəsulova, AzTV və İTV-nin bir sıra tanınmış aparıcıları iştirak ediblər.

Poeziya dolu gecədə müğənni E.Qasımov və bəstəkar Bəbir Bəbirli N.Cəfərovanın sözlərinə bəstələnən lirik mahnıları səsləndirərək, tədbirə toplaşan qonaqlara musiqi ziyafəti veriblər. Gecə bir-birindən rəngarəng çıxışlarla davam edib.

Rəşad Əliyev