“Barselona” yeni baş məşqçi ilə ilk məğlubiyyətini yaşadı - VİDEO

00:20 26-01-2020 513

Bu gün La Liqada “Valensiya” öz meydanında “Barselona”ya qalib gəlib – 2:0.

Qola sahib olmaqda üstünlüklərinə baxmayaraq, katalonlar “yarasaların” sürətli hücumlarının qarşısını ala bilməyiblər. Oyunun 48-ci dəqiqəsində Maksi Qomes cərimə meydançasının sağ tərəfindən topu qapıya tərəf göndərib. Nəticədə top “Barselona”nın müdafiəçisi Jordi Albaya dəyərək qapıdan keçib.

77-ci dəqiqədə isə “Valensiya”nın 23 yaşlı uruqvaylı futbolçusu ikinci qolla komandasını sevindirib.

Qeyd edək ki, “Valensiya” 4 il idi ki, “Barselona”ya qalib gələ bilmirdi.

Bu, həm də katalonların yeni baş məşqçi ilə ilk məğlubiyyəti oldu.

Hazırda turnir cədvəlində lider olan “Barselona” ilə Madridin “Real” klublarının eyni sayda xalı var. Lakin “Barselona” “Real”a nisbətdə bir oyun çox keçirib.