Azərbaycan karateçiləri Parisdən iki medalla qayıdır

19:40 26-01-2020 420

Azərbaycan karateçisi İrina Zaretskaya Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışının qalibi olub.

HerGun.Az-ın xəbərinə görə, 68 kq çəki dərəcəsində mübarizə aparan ukraynalı dünya çempionumuz finalda misirli Feryal Abdeləzizi məğlub edib.

Bundan başqa, Rafiz Həsənov (-67 kq) braziliyalı Vinisius Fiqueyranı 4:2 hesabı ilə məğlub edərək bürünc mükafata sahib çıxıb.

Səbuhi Musayev